Giorgi Qaxaria - Bugün belə, bütün dünyanın pandemiya ilə mübarizə etdiyi dövrdə, Rusiya federasiyası qeyri-qanuni borderizasiyaya və işğal edilmiş ərazilərdə provokasiyalara davam edir
Bugün belə, bütün dünyanın pandemiya ilə mübarizə etdiyi dövrdə, Rusiya federasiyası qeyri-qanuni borderizasiyaya və işğal edilmiş ərazilərdə təxribatlara davam edir; hibrid müharibə instrumentlərindən və pandemiya ilə mübarizənin milli infrastrukturuna – Riçard Luqar adına tədqiqat mərkəzinə qarşı dezinformasiya hücumlarından intensiv şəkildə istifadə edilir, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria BMT Baş Assambleyasının 75-ci sesiyasında verdi.
Ölkə başçısı qeyd etdi ki, covid-19 -dan başqa, Gürcüstan illərdir daha ağır çağırış olan arazi işğalı qarşısında durur.
Baş Nazir dünya ictimaiyyətinə yenə bir daha müraciət etdi ki, Rusiyanın qeyri-qanuni hərəkətlərinə diqqət yetirsin.
“Hərkəs yaxşı bilir ki, Gürcüstanın ayrılmaz hissələrinin 20 faizi – Abxaziya və Sxinvali regionu Rusiya tərəfindən işğal edilib. Bugün belə, bütün dünyanın pandemiya ilə mübarizə etdiyi dövrdə, Rusiya federasiyası qeyri-qanuni borderizasiyaya və işğal edilmiş ərazilərdə provokasiyalara davam edir; hibrid müharibə instrumentlərindən və pandemiya ilə mübarizənin milli infrastrukturuna – Riçard Luqar adına tədqiqat mərkəzinə dezinformasiya hücumlarından intensiv şəkildə istifadə edilir” – dedi baş nazir.
Nitqlə çıxış edərkən Giorgi Qaxaria Giqa Otxozoria, Arçil Tatunaşvili və Davit Başarulinin qətl faktları ilə bağlı da danışdı.