Giorgi Qaxaria - Bu ölkəyə ən savadlı yeni nəsil lazımdır

Ölkəmizə ən savadlı ən təhsilli yeni nəsil lazımdır.

Ölkənin bütün sahələrinə yeni elitalar lazımdır – mədəniyyət, iqtisadiyyat, təhsil, idman sahələrinə və bu nəsil sizsiniz, – bu sözlərlə baş nazir Giorgi Qaxaria xaricdən Gürcüstana qayıdan vətəndaşlara müraciət etdi.

Dövlət başçısı qeyd etdi ki, hər şey edilməlidir ki, böyük nəsil xaricdə aldığı təcrübə və bilgilərindən öz ölkəsində istifadə etsin. Gənclər isə, xaricdə yaxşı təhsil alıb, vətənlərinə qayıtsınlar.