Giorgi Qaxaria - Bu gün müharibə mövzusu ilə spekulyasiya qeyri-etik və ölkəmiz üçün zərərlidir
Giorgi Qaxaria - Bu gün müharibə mövzusu ilə spekulyasiya qeyri-etik və ölkəmiz üçün zərərlidir

Bu gün, avqustun 8-də müharibə mövzusu ilə spekulyasiya qeyri-etik və ölkəmiz üçün zərərlidir, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria Muxatqverdidə, 2008-ci ilin müharibəsində həlak olan əsgərlərin memorialına əklil qoyarkən verdi.

Dövlət başçısı qeyd etdi ki, avqust ayında. Rusiyanın Silahlı Qüvvələri Gürcüstan ərazisini pozaraq, ölkəyə qarşı böyük aqressiya həyata keçirdilər.

“Bu müharibə nəticəsində, ərazilərimizin 20 faizini itirdik, 30 000 qaçqınımız var, biz ona görə deyirik ki, münaqişələrin həll olunmasının tək yolu sülhdür. Sülh hər bir inkişafın əsas şərtidir” – dedi Giorgi Qaxaria.

Qaxaria jurnalistlərin suallarına cavab verdi ki, rus əsgəri Gürcüstana Vladimer Putinin əmri ilə hücum etdi.