Giorgi Qaxaria Boris Consonu parlament seçkilərindəki qələbəsi ilə təbrik etdi
Giorgi Qaxaria Boris Consonu parlament seçkilərindəki qələbəsi ilə təbrik etdi

Gürcüstanın baş naziri Giorgi Qaxaria Böyük Britaniyanın baş-naziri Boris Consonu parlament seçkilərindəki qələbəsi ilə təbrik etdi.

Bu barədə baş nazir öz “Tvitter” səhifəsində yazır.

“Böyük Britaniyanın baş nazirini seçkilərdəki qələbəsi ilə təbrik edirəm. Əminəm ki, Gürcüstan və Böyük Britaniyanın münasibətləri sizin rəhbərliyiniz çərçivəsində də davam edəcək. Ümid edirəm ki, bu məqsəd üçün birlikdə işləyəcəyik” – yazır Qaxaria.

Dekabrın 12-də, Britaniyada növbətən kənar parlament seçkiləri keçirildi və baş nazir Boris Consonun partiyası qalib oldu.