Giorgi Qaxaria BMT-nin rezolyusiyası haqqında - Səs vermənin belə nəticəsi ilə Gürcüstan diplomatiyasının müvəffəqiyyəti təsdiqlənir
Səs vermənin belə bir nəticəsi ilə Gürcüstan diplomatiyasının müvəffəqiyyəti təsdiqlənir, – bu bəyanatla Gürcüstanın baş naziri Giorgi Qaxaria BMT tərəfindən Gürcüstanla bağlı qəbul edilən rezolyusiyaya öz “Tvitter” hesabından səslənir.
Dövlət başçısı partnyor ölkələrə Gürcüstana göstərdikləri dəstək üçün təşəkkür edir.
“Bugün birləşmiş millətlərin baş assambleyasının iclasında, Gürcüstanın məcburi köçkünlərinin statusu və geri qayıtmaları haqqında presedentsiz bir rezolyusiya qəbul edildi. BMT rezolyusiyasını 84 ölkə dəstəklədi və 54 təşəbbüskarı var. Səs vermə nəticəsi ilə Gürcüstan diplomatiyasının müvəffəqiyyəti təsdiqləndi! Partnyorlarımıza dəstək üçün təşəkkür edirik” – yazıb baş nazir.
Qeyd edək ki, BMT-nin baş assambleyası, Nyu-Yorkda keçirdiyi 74-cü sesiya çərçivəsində, Abxazia və Cənubi Osetiyadan məcburi köçkünlərin statusu ilə bağlı, 54 ölkə tərəfindən təşəbbüslənən rezolyusiyayı qəbul etdi.