Giorgi Qaxaria - Bizim gürcü vətəndaşı ən ədalətli və müdrikdir, o uzun müddət baxıb, seçkilərdə doğru qərarı verəcək

Əlimizdən gələni etməliyik ki, seçkilərdən sonra parlamentdə ölkəmizin düşmanları olmasın. Əminəm ki, bizim gürcü adamı ən ədalətli və müdrikdir, uzun müddət baxıb, seçkilərdə doğru qərarı verəcək, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria parlamentdə yekun sözü ilə çıxış edərkən verdi.

Onun dediyinə görə, iqtidarın məsuliyyətidir ki, demokratik, ədalətli və şaffaf seçkilər keçirilsin.

“Əlbəttə ki, hərkəs yaxşı başa düşür ki, yalançı xəbərlər, modelləşdirilmiş reallıq və sünii şəkildə yaradılan hadisələr vətəndaşlarımızı imkansız olan şeylərə inandırır. Bunu edənlər öz eqoları və iqidara gəlmək üçün ölkəmizə zərər verən hərəkətlər edirlər. Onları alqışlıyardım və deyərdim ki, bəylər siz vətən düşmanlığında çempionsunuz.

Gürcüstan vətəndaşına ümidim var. Əlimizdən gələni etməliyik ki, Gürcüstan parlamentində vətən düşmanları olmasınlar. Əminəm ki, müdrik vətəndaşımız doğru qərar verəcək” – dedi Giorgi Qaxaria.