Giorgi Qaxaria - Bizim funksiyamız regionda, ilk növbədə təhlükəsizlikdir və bu istiqamətdə Amerika ilə əməkdaşlıq daha çox önəmlidir
Əlimizdən gələni etməliyik ki, strateji partnyorumuz ABŞ-la xüsusi təhlükəsizlik sahəsində kooperasiyamız daha effektiv olsun, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bugünki hökümət iclasında verdi.
Qaxaria qeyd etdi ki, Dövlət Departamentinin hesabatında, hansı ki, 2019-cu ildə terozm göstəricilərinə aiddir, Gürcüstanın xüsusi xidmətlərinin iş qabiliyyəti yüksək dərəcədə dəyərləndirilir.
“Hamımız başa düşməliyik ki, bizim regiondaki əsas funksiyamız sülhü və təhlükəsizliyi qorumaqdır. Bu istiqamətdə bizim Amerika ilə əməkdaşlığımız daha vacib və önəmlidir” – dedi Giorgi Qaxaria.
Amerika Birləşmiş Ştatları 2019-cu ilin terorizm haqqında hesabat yaydı, hansında dünyanın digər ölkələri ilə bərabər Gürcüstan tərəfindən həyata keçiirlən tədbirlər də dəyərləndirlir.
Hesabatda Dövlət Təhlükəsizlik Xidməti Gürcüstanda terorizmlə bağlı insindentlər və istintaq məsələlərində aparıcı idarə kimi qeyd olunur.