Giorgi Qaxaria - Biz Türkiyə ilə olan xüsusi münasibətlərimizə dəyər veririk

Biz Türkiyə ilə olan xüsusi münasibətlərimizə dəyər veririk və strateji əməkdaşlığımızın dərinləşməsini salamlayırıq, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria Türkiyənin Xarici İşlər Naziri Mevlud Çavuğoğlu ilə görüş zamanı verdi.

Tbilisidə keçirilən görüş zamanı tərəflər gələn ilin əvvəlində Ankarada keçiriləcək olan strateji əməkdaşlıq iclasında müzakirə ediləcək məsələlərə diqqət yetirdilər.

Söhbət həmçinin, energetika və nəqliyyat layihələri və yeni Transatlantik qaz kəməzi (TANAP) və Bakı-Tbilisi-Kars dəmir yolu layihələrinə də toxundu.

Gürcüstanın hökümət başçısı Türkiyə Respublikasını Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstək üçün təşəkkür etdi.