Giorgi Qaxaria - Biz gürcülər, ilk növbədə Gürcüstanda istirahət etməyi öyrənməliyik
Giorgi Qaxaria - Biz gürcülər, ilk növbədə Gürcüstanda istirahət etməyi öyrənməliyik

Gürcüstanın baş naziri Giorgi Qaxaria Kutaisidə, İmereti regionunun turizm sektorunun nümayəndələri ilə görüşdə iqtisadiyyatın açılması məsələsi ilə bağlı söhbət etdi.

Qaxarianın dediyinə görə, ilk mərhələdə daxili turizmin inkişafı önəmlidir.

“İlk mərhələdə daxil turizm açılacaq və əminəm ki, daxili turizm üçün də ciddi tələbllər yaradacaq. Bugün faktdır ki, gürcülər xaricə istirahət etməyə gedə bilməyəcəklər, son illərdir, kimsəyi incitməmək üçün, demək istəmədiyim yerə getməyi çox sevdilər.

Ona görə də, biz gürcülər ilk növbədə Gürcüstanda istirahət etməyi və pulu burda xərcləməyi öyrənməliyik.

Ancaq, daxili turizm dərkən, nənəmin yanına getdim, qohumlarımın yanına getdim – onu nəzərdə tutmuram. Öncə ölkə daxilində müəyyən standartları qane etməliyik, sonra da xarici turistləri qəbul etməyə hazır olmalıyıq” – dedi baş nazir.