Giorgi Qaxaria - Biz dediklərimizi yerinə yetiririk və hər bir regionumuzdaki vətəndaşlarımızın nəyə ehtiyacı olduğunu yaxşı bilirik
Qardabani Gürcüstanın ən fərqli münisipalitetlərindən biridir, çünki buranın əhalisi müvəffəqiyyətlərə və regiondaki dəyişikliklərə öz əməyi ilə nail olub, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria, Qardabanidə, majoritar deputat namizədi Zaur Darğallıyı təqdim edərkən verdi.
Giorgi Qaxarianın dediyinə görə, hərkəs razılaşmalıdır ki, ölkəmizin çox millətliliyi, onun gücü və zəninginliyidir.
“Qardabani kənd təsərrüfatı baxımından ən önəmli munisipalitetlərdən biridir” – dedi baş nazir və Qardabanidə mövcud olan problemlər haqqında söz etdi.
“Problemələr var, ancaq bu problemləri yaxşı tanıyan və onların həlli yollarını bilən dəstəmiz də var. Problemlərin həlli davam edəcək. Su, yollar və təbii qaz məsələsi, – bütün bu məsələlər yavaş-yavaş həll olunur” – dedi Qaxaria.
Baş nazir həmçinin qeyd etdi ki, kəndlilərə yaxşı fermer olmaq üçün yardım ediləcək.