Giorgi Qaxaria - Bir ildir, nə vaxt gedirsən deyə suallar verirlər, ancaq mən getmirəm, gəlirəm
Giorgi Qaxaria - Bir ildir, nə vaxt gedirsən deyə suallar verirlər, ancaq mən getmirəm, gəlirəm

Bir ildən artıqdır ki, suallar gəlir, “nə zaman gedirsiniz”, bugün? sabah? bir aya?, ancaq gördüyünüz kimi, mən getmirəm, gəlirəm, – bu bəyanatı baş nazir Giorgi Qaxaria verdi.

Giorgi Qaxaria siyasi dəstəsində qarşıdurmalar haqqında yayaılan məlumatları şaiələr adlandırdı və bu şaiələrdən bezdiyini bildirdi.

“Bu bizim üçün artıq çox bezdirici olan şaiələrdir. Daha maraqlı mövzu olsa, söhbət edərik. Bir ilin içində jurnalist dəfələrlə istifa edib-etməyəcəyimi soruşur. Bu artıq gülməli oldu”, – dedi Giorgi Qaxaria.