Giorgi Qaxaria - Beynəlxalq partnyorlarımızla əlaqə saxlayırıq və regionda baş verən hadisələri diqqətlə izləyirik
Giorgi Qaxaria - Beynəlxalq partnyorlarımızla əlaqə saxlayırıq və regionda baş verən hadisələri diqqətlə izləyirik

Sülh dialoqu və fəal diplomatiyanın alternativi yoxdur, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bu günki hökümət iclasında verdi.

Baş nazir Yaxın Şərqdə baş verən hadisələrə səsləndi.

“Bildiyiniz kimi, son günlərdə hamımızın diqqəti Yaxın Şərqdə yaranan vəziyyətə yönəlmişdi. Biz ən başdan beynəlxalq partnyorlarımızla ünsiyyətdəydik və regionda baş verən hadisələri diqqətlə izləyirik.

Regionda gərginlik həm təhlükəsizlik, həm də iqtisadiyyat baxımından böyük problemdir və ona görə də, düşünürük ki, belə vəziyyətdə, sülh dialoqları və fəal diplomatiyanın alternativi yoxdur” – dedi Qaxaria.

Baş nazir həmçinin qeyd etdi ki, Xarici İşlər Nazirliyinə tapşırıldı ki, bütün Konsulluqlara bildirilsin ki, gərginlik zonasında olan Gürcüstan vətəndaşlarına dəstək olsunlar.