Giorgi Qaxaria bəyan edir ki, lokal məhdudiyyətlər effektivlik baxımından yenidən gözdən keçirilməlidir
Tibbi maska, öz təcrid və təcili antigen testi – bunlar bizə bu krizisi keçmək üçün yardım edən yeganə instrumentlərdir, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria idarələrarası koordinasiya şurasının iclasında verdi, hansı ki, dövlət başçısısn rəhbərliyi ilə video-konfrans formatında keçirildi.
Baş nazir təcili anti-gen testlərinin daha geniş miqyaslı keçirilməsinin əhəmiyyəti barədə danışdı.
“Bu bizə imkan verəcək ki, evdə müalicə görən pasientə təcili anti-gen testi ilə infeksiyalı olduğu barədə məlumat verilsin və ona xəstəliyinin ağırlığından asılı olaraq, evdə özünü müalicə etməsi üçün müvafiq infrastruktur yaradılacaq.
İlk növbədə hospitalizasiya göstəricisini 15 faizə salmalıyıq. Sonra covid-mehmanxanalarda terapiya elementlərini əlavə etməliyik və evdə müalicə üçün gərəkən şərtləri təmin etməliyik.
Lokal məhdudiyyətlərə gəlincə, bir ay bundan əvvəl o qərar veriləndə, epid-vəziyyyət fərqli idi. İndi küçədə baş verən siyasi fəallığı nəzərə alsaq, lokal məhdudiyyətlərlə bağlı qərarı effektivlik baxımından yenidən gözdən keçirməliyik.
Vəziyyət Avropada da ağırlaşır və hospital sistemi çox yüklənməməlidir. Yoxsa proseslər kontrol altından çıxa bilər. Ona görə də, xahiş edirəm bunu nəzərə alın” – dedi baş nazir, Səhiyyə naziri Ekaterine Tikaradzeyə müraciət edərkən.