Giorgi Qaxaria bəyan edir ki, ictimai nəqliyyatın təhlükəsiz və imkan daxilində qısa müddətdə bərpası üçün hər şey edilməlidir
Gürcüstanın baş naziri Giorgo Qaxaria idarələrarası koordinasiya şurasının növbəti iclasını keçirdi.
Şura üzvləri fövqəladə vəziyyətin başa çatmasından sonra qalan məhdudiyyətlərin mərhələ şəklində aradan qaldırılması məsələsini müzakirə etdilər.
Baş nazir bəyan etdi ki, ictimai nəqliyyatın təhlükəsiz və imkan daxilində qısa müddətdə bərpası üçün hər şey edilməlidir.
Bu vaxt üçün Tetritskaro və Bolnisi munisipalitetinin iki kəndində Muşevanda və Qetada sərt karantin rejimi qüvvədədir. Sərt karantin rejiminin qüvvədə qalmasını orada olan hüquqmühafizəçilər kontrol edirlər.
Ölkə miqyasında mövcud olan epidemioloji vəziyyətə gəlincə isə, bugünki göstəricilərlə, Gürcüstanda koronavirusun 731 halı qeydə alınıb və 526 pasiyent sağalıb.