“Nəticədə, şəxsən mənim üçün fərqi yoxdur, iqtidarda mı olacam, rəhbər mi olacam, fermer mi olacam, mən öz işimi hər yerdə edə bilərəm” – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria jurnalistlərə verdi.
“Qavrilov gecəsinin” “ildönümündə” baş nazir vəzifəsində qalıb-qalmayacağı sualı ilə bağlı isə Qaxaria belə cavab verdi:
“Bəli, mən baş nazir vəzifəsində olacam”.
“Şaiələri kimin yaydığını bilmirəm, ancaq imunitetimi gücləndirdiyiniz üçün təşəkkür edirəm. Cavab verirəm, iyunun 20-də yenə məndən baş nazir olaraq, müsahibə alacaqsınız” – dedi Giorgi Qaxaria.