Giorgi Qaxaria - Baş verən proseslərlə bağlı narahat olduqlarına dair biznes tərəfindən kiçik impulslar alırıq,  ancaq xüsusi ilə vurğulayıram ki, sərt məhdudiyyətlər artıq olmayacaq
Giorgi Qaxaria - Baş verən proseslərlə bağlı narahat olduqlarına dair biznes tərəfindən kiçik impulslar alırıq, ancaq xüsusi ilə vurğulayıram ki, sərt məhdudiyyətlər artıq olmayacaq

Baş verən proseslərlə bağlı narahat olduqlarına dair biznes tərəfindən kiçik impulslar alırıq, ancaq xüsusi ilə vurğulayıram ki, sərt məhdudiyyətlər artıq olmayacaq, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bugünki hökümət iclasında verdi.

Baş nazirin dediyinə görə, ölkədə lokal məhdudiyyətlər ola bilər ancaq sərt karantin və region bağlamaq olmayacaq.

“Hazırda əsas strateqiyamız virusla lokal şəkildə mübarizə aparmaqdır. Bugün əsas prioritetimiz iqtisadiyyatımızın dirçəlişi və vətəndaşlarımızın sağlamlığıdır. Bunun üçün hər cür imkanlarımız var. Bütün beynəlxalq dəyərləndirmələrlə, Gürcüstanın ən yaxşı post-krizis startapı var” – dedi baş nazir.