Giorgi Qaxaria - Avro-Atlantik inteqrasiyanın ölkənin demokratizasiyasının inkişafı üçün əhəmiyyətini bilirik və məhz buna görə də, Şərq Partnyorluğunda Ermənistanın fəal əməkdaşlığını salamlayırıq

Gürcüstanın baş naziri Giorgi Qaxaria Gürcüstanda səfərdə olan Ermənistanın baş naziri ilə görüş zamanı demokratik inkişaf və regionda sabitlik haqqında danışdı.

Qaxarianın bəyanatına görə, məhz demokratik inkişaf və regionda sabitlik necə iqtisadiyyat, eləcədə mədəniyyət və təhsil sahələrinin inkişafının əsasıdır.

“Planımız belədir – Erevana səfər zamanı müzakirə etdiyimiz bütün məsələlər haqqında söhbət etdik. Daha sonra isə, hər iki tərəf üçün önəmli olan məsələləri müzakirə etdik.

Və təbii ki, regionda sabitlik bizim üçün ən əsasdır və bütün mövcud olan münaqişələrin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq.

Həmçinin, Avro-Atlantik inteqrasiyanın ölkənin demokratizasiyasının inkişafı üçün əhəmiyyətini bilirik və məhz buna görə də, Şərq Partnyorluğunda Ermənistanın fəal əməkdaşlığını salamlayırıq ” – dedi Giorgi Qaxaria.

Nikol Paşinyan nümayəndə heyyəti ilə bərabər Gürcüstanda rəsmi səfərdədir.

Bu onun Gürcüstana ikinci rəsmi səfəridir.

Hava limanında Ermənistanın baş nazirini Xarici İşlər Naziri Davit Zalkaniani qarşıladı.