Giorgi Qaxaria Amerika Birləşmiş Ştatlarının yeni təyin edilən səfiri Keli Deqnan ilə görüşdü

Giorgi Qaxaria Amerika Birləşmiş Ştatlarının yeni təyin edilən səfiri Keli Deqnan ilə görüşdü.

Görüş zamanı səfir və baş nazir iki ölkə arasında strateji partnyorluq və əməkdaşlıq şərtlərində mövcud olan münasibətlərin daha da dərinləşdirilməsi ilə bağlı söhbət apardılar.

ABŞ-ın yeni təyin edilmiş səfirinin görüşdən sonra qeyd etdiyinə görə, 2020-ci il Gürcüstan və ABŞ üçün çox önəmli bir ildir, çünki hər iki ölkədə seçkilər keçiriləcək.

“2020-ci il necə Gürcüstan, eləcədə ABŞ üçün çox vacib bir ildir, çünki hər iki ölkədə seçkilər keçiriləcək. Gürcüstan iqtidarı ilə, xalqı ilə və vətəndaş cəmiyyəti ilə demokratik proseslər üzərində əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm” – dedi Kelli Deqnan.