Giorgi Qaxaria - Ağır cinayət işləmələrinə baxmayaraq, azad edilən privilegiyalı siyasətçilər kastasına baxarkən qəzəblənən vətəndaşlarımızı yaxşı başa düşürəm

Ağır cinayət işləmələrinə baxmayaraq, həbsxanadan azad edilən privilegiyalı siyasətçilər kastasına baxarkən qəzəblənən vətəndaşlarımızı çox yaxşı başa düşürəm, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria, Gigi Uqulava və İrakli Okruaşvilinin azad edilməsi məsələsi ilə bağlı verdi.

Onun dediyinə görə, prezidentin hərhansı bir məhbusu əfv etmək hüququ var.

“Başa düşürəm, ancaq prezidentin konkret şəxsləri əfv etmək üçün legitim haqqı var” – dedi baş nazir.