Giorgi Qaxaria - Adi iş rejiminə qayıtdım, həkimlərə və məni dəstəkləyən hərkəsə təşəkkür edirəm

Adi iş rejiminə qayıtdım, həkimlərə və məni dəstəkləyən hərkəsə təşəkkür edirəm, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria sosiyal şəbəkədən yayır.

“Bir-birimizə qayğı göstərək”, – yazır Giorgi Qaxaria.

Giorgi Qaxaria koronavirusdan sağaldı.

Baş nazirin mətbuat xidmətindən verilən məlumata əsasən, dövlət başçısının keçirdiyi PCR testin cavabı mənfi oldu.

Bugündən etibarən, baş nazir adi iş rejiminə geri qayıdacaq.

Gürcüstanın baş nazirində koronavirus noyabrın 2-də təsdiqlənmişdi.