Giorgi Qaxaria ABŞ-ı müstəqillik günü ilə təbrik edir - Gürcüstan və ABŞ güclü strateji partnyorlardır
Giorgi Qaxaria ABŞ-ı müstəqillik günü ilə təbrik edir - Gürcüstan və ABŞ güclü strateji partnyorlardır

“Mənim üçün strateji partnyorumuz və dost ölkəmiz olan ABŞ-ın müstəqillik gününü təbrik etmək böyük şərəfdir. Bu gün sadəcə ABŞ üçün deyil, bütün dünya üçün önəmlidir, çünki bu gün demokratiyanın və azadlığın simvolu olan bir dövlət yarandı”, – bu sözlərlə Gürcüstanın baş naziri Giorgi Qaxaria Amerika Birləşmiş Ştatlarının müstəqillik gününü təbrik etdi.

“30 ilə yaxındır ki, ABŞ Gürcüstana dəstək verir. Biz birlikdə bir çox çağırışla mübarizə apardıq. Amerika Birləşmiş Ştatlarına pandemiya zamanı Gürcüstana verdiyi dəstək üçün təşəkkür etmək istəyirəm” – dedi Giorgi Qaxaria.

Gürcüstanın baş naziri ölkəyə dəstək üçün ABŞ səfiri Keli Deqnana və səfirliyin bütün əməkdaşlarına təşəkkür etdi.