“ABŞ Gürcüstanın ən əsas strateji partnyorudur və bu dərəcədə geniş əməkdaşlığımız heç vaxt olmayıb” – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria diplomatların “Səfirlərin görüşü 2019” adlı illik görüşündə verdi.
Giorgi Qaxarianın dediyinə görə, ölkəmizin ən böyük çağırışı işğaldır.
“Bizim üçün ən qeyri-məqbul olan vəziyyət müharibədir, ona görə də, siyasitimiz soyuq və ağıllı olmalıdır və əlimizdən gələni etməliyik ki, ölkəmizin birləşməsi üçün müharibədən başqa hər resursdan istifadə edək. Üzərimizə götürdüyümüz əsas öhdəlik budur” – dedi Giorgi Qaxaria.
Baş nazirin dediyinə görə, ölkənin əsas prioriteti isə, Avroatlantik inteqrasiyadır.
“Avropa İttifaqı ilə sıx əməkdaşlığa davam edəcəyik” – dedi Qaxaria.