Giorgi Qaxaria - 8 mart razılaşması yerinə yetirilməlidir, əminəm ki, konstitusiya prosesi ölkəmizə yaraşan şəkildə başa çatacaq
Gürcüstanın baş naziri Giorgi Qaxarianın bəyanatına görə, siyasi partiyalar arasında əldə edilən 8 mart razılaşması yerinə yetirilməlidir.
Onun dediyinə görə, konstitusiya prosesi davam edir və əmindir ki, ölkəyə yaraşan şəkildə başa çatacaq.
Giorgi Rurua məsələsi ilə bağlı isə, baş nazir deyir ki, Gürcüstanın demokratizasiya və institutların gücləndirilməsi üçün konkret hüquq pozuntuları və cinayətlərlə bağlı müzakirələri Gürcüstanın hüquqmühafizə sistemi aparmalıdır.