Giorgi Qaxaria - 2019-cu ildə, 400-ə qədər kənd ambulatoriyası ya inşaat, ya da reabilitasiya edildi və həmçinin 41 yeni təcili tibbi yardım mərkəzi tikildi

2019-cu ildə, 400-ə qədər kənd ambulatoriyası ya inşaat, ya da reabilitasiya edildi və həmçinin 41 yeni təcili tibbi yardım mərkəzi tikildi, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria parlamentdə illik hesabatı təqdim edərkən verdi.

Dövlət başçısı qeyd etdi ki, kənd ambulatoriyası səhiyyə sisteminin əsas komponentidir.

“Kənd həkimləri səhiyyə sisteminin önəmli hissəsidir. Gələn ildən yeni inşaat və reabilitasiya edilən ambulatoriyalar gərəkən texnika ilə təchiz ediləcəklər. Həmçinin, qeyd etməliyəm ki, rayonlarda 41 yeni təcili tibbi yardım mərkəzi tikildi” – dedi baş nazir.