Giorgi Qaxaria - 18 yaşına qədər uşaqların 200-larilik sosiyal yardımı üçün daxil olunan 857 000 ərizənin qane edilməsi bugündən başlayır
Giorgi Qaxaria - 18 yaşına qədər uşaqların 200-larilik sosiyal yardımı üçün daxil olunan 857 000 ərizənin qane edilməsi bugündən başlayır

“Tədris ili ilə bağlı vətəndaşlarımıza sosiyal dəstək verməyə davam edirik. 18 yaşına qədər uşaqların 200-larilik sosiyal yardımı üçün daxil olunan 857 000 ərizənin qane edilməsi bugündən başlayır, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria koronavirusla bağlı işləyən idarələr arası koordinasiya şurasının bugünki iclasında verdi.

Onun dediyinə görə, Səhiyyə nazirliyinə tapşırıldı ki, bir həftə ərzində, vətəndaşların hesabına sosiyal yardımın köçürülməsi başlasın.

Dövlət başçısı qeyd etdi ki, sosiyal yardım üçün qeydiyyat dekabrın birinə qədər davam edəcək və yeni ərizələr də mərhələ şəklində, tez zamanda qane ediləcək.