Giorgi Baramidze - Aleko Elisaşvili və Levan İoseliani faktiki olaraq, "Gürcü Arzusuna" qoşuldular
Aleko Elisaşvili və Levan İoseliani faktiki olaraq, “Gürcü Arzusu” partiyasına qoşuldular, – “Milli Hərəkat” partiyasının liderlərindən biri Giorgi Baramidze Aleko Elisaşvili və Levan İoselianinin parlamentə getmələrini bu sözlərlə dəyərləndirdi.
“Son dövrdə bu iki insanın əziyyətinə baxıram, parlamentə daxil olmaq üçün səbəb axtarırdılar. Onlar üçün əsas olan prinsiplər deyil, parlamentdə gedib oturmaqdır. Bu hərəkətin heç bir doğru tərəfi yoxdur.
“Gürcü Arzusunun” bu oyunlarına baxmayaraq, onlar bu parlamenti legitimləşdirə bilməyəcəklər, çünki digər partiyalar öz prinsiplərinə sadiq qalacaqlar.” – dedi Giorgi Baramidze.