Gigi Uqulava - "Gürcü Arzusu" səlahiyyətin dayandırılması prosesini uzatdıqca, öz rejiminə qarşı, özlərindən alınan pul ilə mübarizə aparılacaq
“Avropa Gürcüstanının” liderlərindən biri olan Gigi Uqulava parlament əksəriyyətinin lideri İrakli Kobaxidzenin bəyanatına səslənir, hansında Kobaxidze demişdi ki, müxalifət nümayəndələri parlamentə maaşlarını almaq məqsədi ilə müraciət etdilər.
Gigi Uqulavanın dediyinə görə, maksimal olaraq, çox sayda deputat o maaşlardan İvanişvili rejimi ilə mübarizə üçün istifadə edəcək və o məbləğlər vətəndaş aktivistlərinə veriləcək.
Onun dediyinə görə, “Gürcü Arzusu” səlahiyyətin dayandırılması prosesini uzatdıqca, öz rejiminə qarşı, özlərindən alınan pul ilə mübarizə aparılacaq.
“Bundan sonra seçim “Gürcü Arzusunundur”, ya verdikləri pul ilə özlərinə qarşı mübarizə davam edəcək, ya da tez zamanda danışıqlar masasına oturacaqlar” – dedi Gigi Uqulava.
Xatırladaq ki, parlament əksəriyyətinin üzvü İrakli Kobaxidzenin bəyanatına görə, müxalifət deputatları onlara aid olan maaşları almaq üçün parlamentə müraciət etdilər.