Gigi Uqulava - Fərqi göstərməliyik, onlar vəhşidirlər, biz isə insan
“Avropa Gürcüstanının” üzvü Gigi Uqulavanın bəyanatına görə, müxalifət sülh yolu ilə, zorakılıq olmadan proporsiyonal seçki sisteminə keşmək istəyir.
Uqulavanın Kutaisidə keçirilən etiraz aksiyasında verdiyi bəyanata görə, iqtidar sadəcə hökm və iri maaşlar üçün mübarizə aparır.
“İvanişvili özündən elə çıxıb ki, ondan hərşey gözlənilir. Biz isə, sadəcə olaraq, ədalətli seçkilərin bizə qaytarılmasını tələb edirik.
Biz fərqimizi göstərməliyik, – onlar vəhşidirlər, biz isə, insanıq və ədalət, azad seçkilər istəyirik, onlar – iri maaşlar və premiyalar üçün mübarizə edirlər” – dedi Gigi Uqulava.