Gigi Uqulava - Bir-birimizə baş-başa qarşı dirənəndə və çıxış yolu olmayanda, bir kənara baxıb, xalqdan soruşmalıyıq, o nə istəyir
Bir-birimizə boynuzla dirənəndə və çıxış yolu olmayanda, bir kənara baxıb, xalqdan soruşmalıyıq, o nə istəyir, – bu bəyanatla “Avropa Gürcüstanının” liderlərindən biri olan Gigi Uqulava jurnalistlərin plebissitin keçirilməsi ilə bağlı suallarına cavab verdi.
Onun dediyinə görə, plebissit növbədənkənar seçkilərin əvəzi olmayacaq, ancaq oraya qədər gedən yol ola bilər.
“Plebissit çıxılmaz vəziyyətdə keçirilir, yəni “gəlin xalqdan soruşaq mənasında”. Əlbəttə ki, plebissit növbədənkənar seçkilərin əvəzi olmayacaq, ancaq ona doğru aparan yol ola bilər.
Bütün sağlam düşüncəli siyasətçilər üçün plebissit bir çıxış yoludur. Bir-birimizə boynuzla dirənəndə və çıxış yolu olmayanda, bir kənara baxıb, xalqdan soruşmalıyıq, o nə istəyir” – dedi Gigi Uqulava.