Gigi Uqulava "Avropa Gürcüstanının" baş katibi vəzifəsindən istefa edir
Gigi Uqulava "Avropa Gürcüstanının" baş katibi vəzifəsindən istefa edir

Gigi Uqulava “Avropa Gürcüstanının” baş katibi vəzifəsindən istefa edir.

Uqulava bəyan edir ki, partiyanın növbəti səs verməsində baş katib vəzifəsi üçün namizədliyini təqdim etməyəcək.

Onun dediyinə görə, 2020-ci ilin parlament seçkilərində, “Avropa Gürcüstanının” əldə etdiyi nəticələr çox pis idi və buna görə, məsuliyyəti öz üzərinə götürür.

“Mən də Davit Bakradze kimi düşünürəm və namizədliyimi yenidən təqdim etməyəcəm. Düşünürəm ki, bu doğru və logik bir qərardır. Seçkilərin saxtalaşdırıldığına baxmayaraq, partiyamızın əldə etdiyi nəticə çox pis idi.  Bunda mənim də günahım var və məsuliyyəti üzərimə götürürəm” – dedi Gigi Uqulava.

Uqulava qeyd etdi ki, siyasətdə və partiyada qalır və müxalifətin birgə fəaliyyətində də iştirak etməyə davam edəcək.