Giqa Bokeria - Siyasi tarixdə elə liderlər bilirik, hansılar zamansız gedişləri ilə partiyaya zərər verdilər
Giqa Bokeria - Siyasi tarixdə elə liderlər bilirik, hansılar zamansız gedişləri ilə partiyaya zərər verdilər

Mən partiya liderlərinin getməsi üçün indi doğru zaman olduğunu düşünmürəm, – bu bəyanatı “Avropa Gürcüstanı” partiyasının liderlərindən biri olan Giqa Bokeria verdi.

Bokeriya deyir ki, seçkilərdə partiyanın aldığı nəticələr ciddi müzakirə məsələsi idi, ancaq siyasi liderlərin belə bir zamanda getmələrini doğru hesab etmir.

“Biz ambisiyalı partiyayıq və Dato və Giginin dedikləri ilə tamamilə razıyam, ancaq liderlərin getməsi üçün indi doğru zaman deyil.

Tarixdə elə liderlər bilirik, hansılar uzun müddət qaldılar və zərər verdilər, ancaq elə liderlər də bilirik, hansılarının vaxtından tez getməsi partiyayı geri saldı və yeniləşməsi üçün şans buraxmadı” – dedi Giqa Bokeria.

Xatırladaq ki, partiyanın digər iki lideri Gigi Uqulava və Giqa Bokeria partiyanın lider vəzifələrindən istefa etdilər, ancaq siyasətdə qalacaqlarını bəyan etdilər.