Giqa Bokeria - "Vətənpərvərlər alyansı" və Şalva Natelaşviliyi bir ranqa qoymuruq, "Leyborist partiyası" ilə əməkdaşlığımız davam edir
“Leyborist partiyası” və Şalva Natelaşvili ilə partnyorluğumuz möhkəm şəkildə davam edir, – bu bəyanatı “Avropa Gürcüstanının” lideri Giqa Bokeria, Şalva Natelaşvilinin səfirlərlə görüşdə olmamasının səbələri barədə, jurnalistlərin suallarına cavab olaraq, verdi.
Bokerianın dediyinə görə, “Leyborist partiyası” tərəfindən heç bir ayrıseçkilik yoxdur.
“Vətənpərvərlər alyansının” hərzaman ayrı olaraq, fəaliyyət göstərdiyini çoxdan bilirik, ancaq cənab Şalva ilə daimi komunikasiyadayıq. Onunla əməkdaşlığımızda heç bir dəyişiklik olmayıb. Görüşə niyə gəlmədiyini bilmirəm, ancaq bu bizim partnyorluq münasibətlərimizi dəyişmir. “Vətənpərvərlər alyansı” ilə cənab Şalvayı müqayisə edərək, onların ranqına düşürməyək. Onlar hər zaman ayrıydılar, cənab Şalva ilə partnyorluğumuz isə, davam edir” – dedi Giqa Bokeria.