Davit Bakradze və Gigi Uqulavadan fərqli olaraq, Giqa Bokeria patiyadaki vəzifəsindən istefa etməyi düşünmür.
“Gigi Uqulavanın qərarına böyük hörmətim var. Mən belə bir qərar verməmişəm. Növbəti aylarda da partiya daxilində fəaliyyətimizə davam edəcəyik”, – “Avropa Gürcüstanının” liderlərindən biri Giqa Bokeria bu bəyanatı digər liderlərin istefası ilə bağlı verdi.
“Partiyanın gələcək fəaliyyəti barədə disskussiyaya çoxdan başlamışdıq. Yalan-yanlış şaiələr bu prosesi tezləşdirdi. Mən istəyərdim ki, disskussiya üçün daha çox vaxtımız olaydı.
Partiyanın sədri vəzifəsində qalmam isə, gələcək strategiyamızla bağlıdır. Fəal siyasətdə qalmağı düşünürəm” – dedi Giqa Bokeria.