Giqa Bokeria - Parlamentə daxil olmaq kimin üçün məqbuldursa, onlara gərəkən reaksiyamız olacaq, ancaq ümid edirəm ki, buna gərək qalmayacaq

“Mənim və “Avropa Gürcüstanının” mövgeyi kəskindir. Gürcüstanda seçki ideyasının qorunması və ölkəmizin gələcəyinin ağır təhlükədən qorunması üçün sərt mövqe tutmaq mütləqdir” – bu bəyanatı “Avropa Gürcüstanının” lideri Giqa Bokeria verdi.

Bokeria ümid edir ki, digər partiyalar da sərt mövqelərini qoruyacaqlar.

Müxalifətin bir neçə nümayəndəsinin parlamentə daxil olması ilə bağlı yayılan məlumatla bağlı suallara cavab olaraq, Giqa Bokeria bəyan etdi ki, bu məlumatın təsdiqlənməyəciyini ümid edir.

“Parlamentə daxil olmaq kimin üçün məqbuldursa, onlara gərəkən reaksiyamız olacaq, ancaq ümid edirəm ki, buna gərək qalmayacaq. Əgər bu səfər də İvanişvili rejiminin saxtalaşdırılmış seçkiləri qüvvəyə minsə, bu ölkənin gələcəyi üçün böyük təhlükə olacaq” – dedi Giqa Bokeria.