Qiqa Bokeria - Nika Melia girov ödəməməlidir, bu siyasi təqibdir
Qiqa Bokeria - Nika Melia girov ödəməməlidir, bu siyasi təqibdir

Nika Meliaya qarşı iqtidar tərəfindən dəfələrlər qanun pozuntuları oldu. Bu girov məsələdi də diqər işlərdə olduğu kimi, növbəti biyabırçı bir hərəkətdir, – bu bəyanatı “Avropa Gürcüstanının” liderlərindən biri olan Giqa Bokeria verdi.

Onun dediyinə görə, Nika Meliaya qarşı siyasi təzyiq və təqib həyata keçirilir.

“Məqsəd ən iri siyasi partiyanın liderinin neytrallaşdırılmasıdır. Bu siyasi sifarişdir. Melia heç yana qaçmağı düşünmür. Melianın qanun pozduğu haqqında söhbət isə, tamamən qeyri-ciddidir. O girov məbləğini də ödəməməlidir” – dedi Giqa Bokeria.

Xatırladaq ki, 2019-cu ilin 27 iyun ayında, “parlamentə qarşı qrup zorakılığına rəhbərlik etmək” ittihamı ilə həbs olunan Nika Meliaya 30 000 larilik girov məbləğininin ödənilməsi həvalə edilmişdi.

Daha sonra müəyyən qaydaların pozulmasına görə, Melianın girov məbləği 40 lari oldu. Ödəniş üçün isə, ona 50 günlük müddət verilib.

Fevralın 5-də, Nika Meliayı prokurorluğa çağırdılar, ancaq o getmədi.