Giqa Bokeria - Mövqeyimiz nə boykotla nə yeni seçkilərin tələbi ilə bağlı dəyişməyəcək
Giqa Bokeria - Mövqeyimiz nə boykotla nə yeni seçkilərin tələbi ilə bağlı dəyişməyəcək

“Avropa Gürcüstanının” mövqeyində heçnə dəyişməyəcək. Mövqeyimiz boykotla və yeni seçkilərin tələbi ilə bağlı eynidir, – bu barədə bəyanatı “Avropa Gürcüstanının” lideri Giqa Bokeria verdi.

Onun dediyinə görə, ABŞ Dövlət Katibinin Tbilisiyə səfəri zamanı verdiyi mesaj və onun üçün maraqlı olan məsələ diqqətə layiqdir.

“Əslində, dövlət departamentinin brifinqində verilən bəyanatda da bildirilir ki, demokratik seçkilər baxımından vəziyyət Gürcüstanda dəyişdirilməlidir. Taktiki qərarlara gəlincə isə, dövlət departamentinin tövsiyyələrinə rəğmən, bununla bağlı qərarı, yerində olan gürcü xalqı verir. Hansı yol doğrudur, hansı yanlış, məsələ elə qoyulmamalıdır. Problemimiz çox ağırdır və bu krizisdən yeni seçkilər olmadan çıxa bilməyəcəyik. Parlamentdə müxalifətin olmaması anormal bir durumdur və Gürcüstana umudla baxan hərkəs bunu görür” – dedi Giqa Bokeria.

Onun dediyinə görə, gürcü ictimaiyyəti bügün İvanişvili rejimi trəfindən çıxılmaz vəziyyətə salındığı üçün, parlament məsələsi ilə bağlı, pis və daha pis arasında seçim etməlidir.