Giqa Bokeria Mamuka Baxtadzeyə - Yeni, möhtəşəm layihələrinizdən hansılarının həyata keçirilməsində sabiq baş nazir sizə mane olurdu?
Giqa Bokeria Mamuka Baxtadzeyə - Yeni, möhtəşəm layihələrinizdən hansılarının həyata keçirilməsində sabiq baş nazir sizə mane olurdu?

“Avropa Gürcüstanı” fraksiyasının üzvü Giqa Bokeriyanın dəyərləndirməsinə görə, yeni baş nazir namizədi Mamuka Baxtadzenin parlamentə təqdim etdiyi hökümət proqramı lozunq olaraq, qalacaq.

Proqramın təqdimatından sonra, Giqa Bokeria yeni baş nazir namizədinə sual verdi:

“Təqdim etdiyiniz bu möhtəşəm layihələrin hansını sabiq baş nazir Giorgi Kvirikaşvili blok etdi? Onların hansının həyata keçirilməsinə mane oldu? Və yaxud əgər blok etmirdisə və mane olmurdu isə, nəyə görə, onun vəzifədən istefa etməsi tələb olundu?”

Məncə, ictimaiyyətə öncə bunu izah etməlisiniz” – dedi Bokeria.