Giqa Bokeria - Kontrolsuz hakimiyyət problemə çevirilir, bunu öz keçmişimiz öyrətdi
Bu günki iqtidar hakimiyyətdə heç bir seçki sistemi ilə qala bilməyəcək, – bu barədə bəyanatı “Avropa Gürcüstanının” üzvü, deputat Giqa Bokeria, müxalifət və iqtidar danışıqlarının beşinci raundu ilə bağlı verdi.
Onun dediyinə görə, gürcü xalqı proporsiyonal seçki sistemini tələb edir.
“Əslində onlar heç bir seçki sistemi ilə hakimiyyəti qoruya bilməyəcəklər, ancaq İvanişvili “Qavrilov gecəsində” qan töküldüyü zaman, xalqa verdiyi sözü tutmalıdır. Bu vəd yerinə yetirilməlidir və kimsə bu təhqirə göz yummayacaq. Biz heç bir iqtidarın kontrolsuz olmasını istəmirik, çünki kontrolsuz iqtidar daha sonra problemə çevrilir, bunu bizə öz yaxın keçmişimiz öyrətdi. Dinc etirazlarımız və beynəlxalq təzyiq artacaq və görək, hazırki iqtidar buna necə dayanacaq. Bu hakimiyyət ilk turdan yox ediləcək” – dedi Giqa Bokeria.