Giqa Bokeria - Etiraz aksiyaları davam edəcək

İqtidar siyasi əziyyətə layiqdir və biz etirazımızı davam etdirəcəyik, – bu bəyanatı “Avropa Gürcüstanın” liderlərindən biri Giqa Bokeria, diplomatik korpus nümayəndələrinin iştirakı ilə, iqtidar və müxalifət arasında keçirilən görüşdən sonra verdi.

“Etiraz aksiyaları İvanişvilinin dəstəsinin “Qavrilov gecəsində” qan tökdüyü zaman, ictimaiyyətə söz verdiyi dəyişikliklərin yerinə yetirilməsinə qədər davam edəcək.

İqtidarla dialoqa gəlincə isə, beynəlxalq partnyorlarımızın vasitəçiliyi ilə keçirilən görüşlərdə biz də iştirak edəcəyik” – dedi Giqa bokeria.

Onun dediyinə görə, görüşdə iki əsas mövzu müzakirə olundu.

“Biri “Alman modeli” idi, hansı ki, bir neçə həftə ərzində, ictimaiyyətə edilən təhqirin geri götürülməsi üçün tək bir yoldur və ikincisi, siyasi məhbuslar idi, – “Qavrilov gecəsi” həbs edilənlər” – dedi Bokeria.