Giqa Bokeria - Baş nazir namizədi haqqında söhbət üçün hələ tezdir
Giqa Bokeria - Baş nazir namizədi haqqında söhbət üçün hələ tezdir

“Avropa Gürcüstanının” lideri Giqa Bokeria hesab edir ki, baş nazir namizədliyi haqqında söhbət üçün hələ tezdir və qeyri-ciddidir.

“Hərkəs bilir ki, demokratiyanın olduğu ölkələrdə baş nazir namizədi, seçkilərdən sonra kimin hansı ağırlığı olduğu məlum olduqdan sonra,  koalisiya məsləhələşmələri nəticəsində təyin edilir” – dedi Bokeria.

Bokerianın dediyinə görə, müxalifət baş nazir namizədi ilə bağlı müzakirələri aparmır.

“Hansı müxalifəti deyirsiniz? Bu haqda sadəcə “Milli Hərəkat” koalisiya daxilində müzakirə apardı və bu onların öz işidir. Onların diskussiyasına hörmət edirik. İstədiqləri qərarı versinlər. Ancaq müxtəlif siyasi partiyalar arasında baş nazir namizədi və nazirlər kabineti haqqında söhbət qeyri-ciddi olar” – dedi Bokeria.