Giqa Bokeria - Aşkardır ki, Aleko Elisaşvili parlamendə daxil olmaq üçün səbəb axtarır, əgər elədirsə, onun siyasi karyeri başa çatacaq
“Avropa Gürcüstanının” lideri Giqa Bokeria, “Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvilinin bəyanatına səslənir, hansında Elisaşvili deyir ki, Bokerianın partiyası sabotajla məşğuldur.
“Təəsüflər olsun ki, Aleko Elisaşvilinin parlamentə daxil olması üçün səbəb axtardığı aşkardır. Biz onu heçnə ilə ittiham etmədik. Onu suçladığımız barədə bəyanatı yalandır. Əgər o kosmetik bir səbəb tapıb, parlamentə girsə, siyasi karyerası burada başa çatacaq. Təbii ki, belə olmasa yaxşı idi, ancaq o parlamentə daxil olsa da, bu İvanişvilinin tək partiyalıq prioblemini aradan qaldırmaz, əksinə daha da vurğulayacaq” – dedi Giqa Bokeria.
Qeyd edək ki, “Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvili bugün bəyan etdi ki, seçki islahatları ilə bağlı danışıqlar müvəffəqiyyətlə başa çatsa, o parlamentə daxil olacaq.
“İndi bu danışıqlardan Gürcüstanın gələcəyi üçün yararlı seçki qaydaları çıxarda bilərik. Əgər bu sənəd hazırlansa və onun yerinə yetiriləcəyi ilə bağlı zəmanət verilsə, mən parlamentə daxil olacam” – dedi Elisaşvili.