Qida obyektlərində requlyasiyalar azalır - açıq məkanda, bir masada 12 nəfər otura biləcək
Qida obyektlərində requlyasiyalar azalır - açıq məkanda, bir masada 12 nəfər otura biləcək

Cari həftədən qida obyektlərində requlyasiyalar azaldılacaq.

Belə ki, qida obyektlərinin açıq məkanında bir masada 12 nəfər otura biləcək.

İndiyə qədər isə, sadəcə 6 nəfər otura bilərdi.

Qeyd olunan dəyişikliklərlə bağlı məlumatı Birinci Kanala əmək ispeksiyasının rəhbəri Beka Peradze verdi.

Onun dediyinə görə, requlyasiyaların asanlaşmasının səbəbi restoran sahiblərinə dəstək verməkdir.

Qapalı məkanda isə, bir masa arxasında 6 nəfər otura biləcək.