Gia Volski - Saakaşvilinin ümid edir ki, ictimaiyyətin böyük hissəsi onun Davit Qareci ilə bağlı 2007-ci ildəki bəyanatında nədən söz edildiyini bilmir
Saakaşvilinin dünənki bəyanatın analizini keçirsək, açıqca görünür ki, Saakaşvili elə bilir ki, ictimaiyyətin böyük hissəsi onun o vaxt nə dediyini bilmir, – bu bəyanatı parlamentin vitse-spikeri Gia Volski Davit Qareci haqqında Mixeil Saakaşvilinin 2007-ci ildə verdiyi bəyanatı ilə bağlı verdi.
Onun dediyinə görə, Saakaşvilinin o zamanki bəyanatı dövlətin leyhinədir.
“Sən bir yüksəkliyi qonşu ölkəyə verəndə, əlbəttə ki, onun yaxınlığınaki ərazi də o ölkəyə aid olur. Həm o yüksəklik bizimdirsə, qonşu ölkə üçün hansı təhlükə ola bilər ki? Hansı təhlükədən danışaraq verirsən o yüksəkliyi qonşu ölkəyə? Onun bəyanatları sayəsində, bugün baş verən proseslər ölkənin stabilliyi üçün təhlükə yaradır” – dedi Gia Volski.
Xatırladaq ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili 2007-ci ilin may ayında bəyan etmişdi ki, Azərbaycan prezidenti İlham Əliyevlə danışdı və sərhəd xətti elə çəkilməlidir ki, strateji yüksəklik olan Keşikçi dağı Azərbaycana lazım olduğuna görə, Azərbaycan ərazisində qalsın, Davit Qareci Monastır kompleksi isə, Gürcüstan ərazisində olsun.
Qeyd olunan bəyanat prezident səhifəsində və Birinci Kanalın arxivində saxlanıb.