Gia Baramidze - Nika Melianın həbs edilməsinə izin verməyəcəyik, rejim "Milli Hərəkatın" ofisinə hücum etməli olacaq
Gia Baramidze - Nika Melianın həbs edilməsinə izin verməyəcəyik, rejim "Milli Hərəkatın" ofisinə hücum etməli olacaq

“Milli Hərəkatın” üzvü Gia Baramidze bəyan edir ki, Nika Melianın deputat səlahiyyətinin dayandırılması ilə bağlı qərar onun üçün gözlənilməz deyildi.

Baramidzenin dediyinə görə, Nika Melia məsələsi ilə bağlı sadəcə siyasətçilər deyil, gürcü xalqıda həmrəydir.

Baramidze deyir ki, Nika Melianın həbs edilməsinə diri qüvvə olaraq, qarşı çıxacaqlar.

“Putinə xidmət edən bandadan artıq nə gözləyə bilərdik. Qavrilovla bağlı Putin bunlara sərt tapşırıqlar verib, ona görə də, biz buna təəcüblənmirik. Nika Melianın həbs edilməsinə izin verməyəcəyik, rejim “Milli Hərəkatın” ofisinə hücum etməli olacaq. Görək bunu necə edəcək” – dedi Gia Baramidze.