Gia Baramidze - Bidzina İvanişviliyə Saakaşvilinin gəldiyi günü əvvəlcədən bildirə bilmərik

Bidzina İvanişviliyə Saakaşvilinin gəldiyi günü əvvəlcədən bildirə bilmərik, – bu bəyanatı “Milli Hərəkatın” üzvü Gia Baramidze jurnalistlərə verib.

Onun dediyinə görə, dinc aksiya mütləq davam etməlidir.

“Dinc və konstruktiv aksiyalar konstitusiya çərçivəsində mütləq davam edəcək. Ancaq Mixeil Saakaşvilinin hansı gün gələcəyi ilə bağlı məlumatı İvanişviliyə verə bilmərik.

Bunun nə zaman olacağını İvanişvili özü də görəcək.

Müvafiq şərtlər yaradılanda, Saakaşvili gələcək” – dedi Gia Baramidze.