Gela Mikadze - Parlamentdə biz "Avropalı sosialistlər partiyası" kimi təqdim ediləcəyik
Parlamentdə biz “Avropalı sosialistlər partiyası” kimi təqdim ediləcəyik və iqtidara ilk növbədə seçki islahatları və iqtisadi siyasət ilə bağlı müxalifətçilik edəcəyik, – bu bəyanatı parlament müxalifətinin nümayəndəsi Gela Mikadze verdi.
Onun dediyinə görə, ölkədə bu qədər problemin olduğu bir vəziyyətdə, boykot etmək və iqtidarı müxalifətsiz qoymaq doğru bir qərar deyil.
“Seçki prosesində müəyyən yolsuzluqlar oldu, ancaq seçkilərin tamamilə saxtalaşdırılması ilə bağlı ciddi dəlilləri müxalifət olaraq, təqdim edə bilmədik. Həmçinin, səslərin yenidən hesablanmasından imtina etmək də yanlış bir qərar idi. Bu bir-birinə zidd olan qərarlar, demokrayiya uğrunda mübarizəyə zərər verir” – dedi Gela Mikadze.
Xatırladaq ki, Avtandil Enukidze, Gela Mikadze, Pridon İncia və Davit Zilfimiani “Vətənpərvərlər alyansından” çıxdılar və parlament fəaliyyətinə qoşuldular.