Qaracalar kəndinin sakinləri kənd təsərrüfatı məhsullarını bazara özləri çıxardacaqlar

Karantin zonası elan edilən Qaracalar kəndinin əhalisi kənd təsərrüfatı məhsullarını bazara özləri çıxarda biləcəklər.

Qardabani meri Ramaz Budağaşvilinin dediyinə görə, bunun üçün 10 marşrut taksisi ayrılıb və məhsulun bazara aparılması saat 21:00-dan mümükündür.

Məhsulu aparana qədər yerli sakinlər testdən keçməlidirlər.

Ramaz Budağaşvilinin dediiynə görə, Qardabanidə 66 nəfərə PCR testi keçirildi və heç biri müsbət çıxmadı.