Qara və Azov Dənizlərində təhlükəsizlik məsələsini gələn həftə NATO-Ukrayna-Gürcüstan komissiyası formatında müzakirə edəcəklər
Qara və Azov Dənizlərində təhlükəsizlik məsələsini gələn həftə NATO-Ukrayna-Gürcüstan komissiyası formatında müzakirə edəcəklər. Bu barədə NATO-da Ukrayna nümayəndəsi, Vadim Pristayko bəyan etdi.
Onun dediyinə görə, NATO-Ukrayna komissiyasının fövqəladə iclasında səfirlər Ukraynaya dəstəklərini bəyan etdilər və Ukraynanın hərəkətlərini müsbət dəyərləndirdilər.
Ukraynalı diplomatınn dediyinə görə, fövqəladə iclasda səfirlər razılaşdılar ki, Qara və Azov Dənizlərində təhlükəsizlik məsələsini 4-5 dekabrda, NATO xarici işlər ministerialında müzakirə edəcəklər ki, bunun çərçivəsində də güman edildiyinə görə, NATO-Ukrayna-Gürcüstan komissiyası iclası keçiriləcək.