Qar yağışına görə, yardım tələbi ilə, Fövqəladə Hallar Xidmətinə 140 zəng daxil olub
Qar yağışına görə, yardım tələbi ilə, Fövqəladə Hallar Xidmətinə 140 zəng daxil olub

Qar yağışına görə yaranan problemlərlə bağlı yardım tələbi ilə, Fövqəladə Hallar Xidmətinə, 112 nömrəyə, vətəndaşlardan 140 zəng daxil olub.

Fövqəladə Hallar Xidmətinin məlumatına görə, çağırışlar əsasən, yolda qalan avtomobillərlə və qırılıb düşən ağac budaqları ilə bağlıdır.

Xidmətin məlumatına görə, Tsknetidə yağan qarın ağırlığına dayana bilməyən nəqliyyat durağının damı çöküb və qəza nəticəsində yeniyetmə zərər görüb.