"Qalib Gürcüstan" İrakli Okruaşvilinin azadlığa buraxılması əvəzinə məhkəməyə yarım milyon larilik girov təklif edir

“İrakli Okruaşvilinin dostları, məhkəməyə girov olaraq, 500 000 lari təklif etməyə qərar verdik”, – bu barədə “Qalib Gürcüstan” partiyasının liderlərindən biri olan Quram Çalaqaşvili mətbuat konfransında bəyan etdi.

Quram Çalaqaşvilinin dediyinə görə, İrakli Okruaşvilinin həbs işindən bəllidir ki, onun həbs edilməsi şəxsən “Gürcü Arzusunun” sədri Bidzina İvanişvilinin marağıdır.

“Okruaşvili İvanişvili iqtidarına ciddi təhlükə yaratdığı üçün onu yalançı şahadların ifadəsi ilə, həbs etdirdilər. Məhz bu səbəbə görə, məhkəmə heç bir təklifimizlə razılaşmır.

Belə bir məbləğ əvəzinə biznesmenlər Mamuka Xazaradzevə Avto Tseretli azadlığa buraxıldılar, ancaq İvanişvili İrakli Okruaşvilinin onun iqtidarını siyasi zibilxanaya göndərə biləcəyindən qorxduğu üçün, onu həbsdə saxlayır” – dedi Quram Çalaqaşvili.